Ötən ilin dekabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 609 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“Noyabr ayı ilə müqayisədə dekabrda BTC ilə ixrac sutkada 47 min barel və yaxud 7 % azalaraq gündəlik orta hesabla 609 min barelə çatıb", - hesabatda qeyd edilib.
Ötən ilin dekabr ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə BTC ilə nəqlin həcmi sutkada 1 % və yaxud 5 min barel artıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.