Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 568 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“İyul ayı ilə müqayisədə avqustda BTC ilə ixrac sutkada 119 min barel və yaxud 17 % azalaraq gündəlik orta hesabla 568 min barelə enib", - hesabatda qeyd edilib.
Ötən ilin avqust ayı ilə müqayisədə isə BTC ilə nəqlin həcmi sutkada 5 % və yaxud 76 min barel azalıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.