"Brent" nefti 3 %-ə yaxın bahalaşıb

İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanatları fonunda neft bahalaşıb.

"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 2,02 ABŞ dolları (2,6 %) artaraq 1 barel üçün 79,76 ABŞ dolları təşkil edib.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,45 ABŞ dolları (2,04 %) artaraq 1 barel üçün 72,68 ABŞ dolları olub.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığının nümayəndəsi bəyan edib ki, İsrail və ABŞ-nin ölkəsinə endirdiyi zərbələrə cavab olaraq SEPAH Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətinin tam dayandırılmasını təmin edəcək. Qlobal neft tədarükünün təxminən 20 %-i isə məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Digər xəbərlər