​"Brent" markalı neftin qiyməti 50 dollara çatıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Dünya bazarlarında neftin qiyməti artır.

"Report" xəbər verir ki, bu barədə keçirilən hərracların nəticələri deməyə əsas verir.

Xüsusilə Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fyuçersləri 2,40% artaraq bir barelə görə 49,96 dollara çatıb.

Nyu-Yorkda keçirilən NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin fyuçersləri 2,43% artaraq bir barelə görə 47,26 dollara çatıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31