BP rəhbərinin maaşı 40% azaldılıb

Bakı.6 aprel.REPORT.AZ/ BP şirkətinin baş icraçı direktoru Bob Dadlinin illik maaşı 40% azaldılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin açıqlamasında B.Dadlinin illik maaşının 2016-cı ilin sonunda 40% azaldılaraq 11,6 mln. dollara endirilməsinə qərar verildiyi bildirilib.

Qeyd edək ki, ötən ilin aprel ayında keçirilən səhmdarların iclasında səhmdarların 60%-i B.Dadlinin maaşının 20% artırılmasına qarşı çıxıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 avqust, 2026 / 13:34
Sabah Astarada qaz olmayacaq 10 avqust, 2026 / 12:12