Bu ilin III rübünün yekununda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 287 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2021-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin III rübünün yekunu ilə müqayisədə 8,4 % azdır.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.