BP mənfəətini 71% artırıb

Bakı. 1 may. REPORT.AZ/ Bu ilin I rübündə BP şirkətinin mənfəəti illik müqayisədə 71% artaraq 2,6 mrld. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətin əməliyyatlar üzrə maliyyə axını 22% artaraq 5,4 mlrd. dollar olub.

I rübdə şirkətin hasilatı 3,7 mln. barel/gün olub ki, bu da ötən ilin I rübündən 6% çoxdur.

Digər xəbərlər

Brent neftin qiyməti 60 dollar olub 05 yanvar, 2026 / 04:16
Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17