Böyük Britaniya parlamentinin üzvü SOCAR-ın vitse-prezidenti ilə görüşüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Böyük Britaniya parlamentinin üzvü lord David Evans Azərbaycana səfəri çərçivəsində Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşüb.

Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Məlumata görə, görüş çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib. 

Lord D.Evans Azərbaycanda keçirilən ümumxalq səsverməsini - referendumu izləmək məqsədi ilə müşahidəçi qismində Azərbaycana səfər etdiyini bildirib. O qeyd edib ki, referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir və səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaradıb. 

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31