SOCAR yaxın aylarda Siyəzəndə alçaqtəzyiqli təbii qazı əhaliyə verməyi planlaşdırır

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Siyəzəndə alçaqtəzyiqli təbii qazı əhaliyə verməyi planlaşdırır". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

"Alçaqtəzyiqli qazla bağlı BMT ilə birgə həyata keçirdiyimiz layihədə qrant hesabına kompressorlar alınıb. Hazırda Siyəzəndə 8 kompressor quraşdırılıb. Bir-iki aydan sonra alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək", - o qeyd edib.

Digər xəbərlər