Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un Muğan bürosu xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34