Beyləqanda avtomobil qaz xəttini zədələyib

Beyləqan rayonunun Kəbirli kəndində qəza törədən "VAZ-2107" markalı avtomobil yol kənarındakı qaz xəttini də zədələyib.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb. Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır", - qurumdan bildirilib.

Digər xəbərlər

Brent neftin qiyməti 60 dollar olub 05 yanvar, 2026 / 04:16
Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17