Bəxtiyar Aslanbəyli: “BP Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirəcək”

BP şirkəti növbəti 30 ildə Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirməyə söz verir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Pandemiya əməliyyatlarımız üçün müəyyən çətinliklər yaradıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda layihələrimizi yüksək səmərəliliklə davam etdiririk”, - B.Aslanbəyli qeyd edib.

O bildirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikintisi davam etdirilir: “Düzdür, koronavirus pandemiyası bu platformanın tikinti qrafikinə təsir edib. Amma 2023-cu ildə bu platformadan ilk neft hasilatına başlanılacaq. Yəni hasilat qrafikində dəyişiklik yoxdur”.

Digər xəbərlər