2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana 869,61 min ABŞ dolları dəyərində 777,12 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31,7 %, kəmiyyət olaraq – 50,3 % azdır.
Hesabat dövründə Belarusdan 528,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,7 dəfə artıb) 482,27 ton (+2 dəfə) və Rumıniyadan 341,21 min ABŞ dolları dəyərində (-68,3 %) 294,85 ton (-77,8 %) məhsul alınıb.
Ötən il Azərbaycanın idxal etdiyi 2 min 684 ton "Aİ-98" markalı benzinin 49,4 %-i Rumıniyanın, 38 %-i Litvanın, 8,8 %-i Belarusun, 3,8 %-i Yunanıstanın payına düşüb.