BƏƏ apreldə neft hasilatını və istehsal gücünü artıracaq

Birləşmiş Ərəb Əmirliklərinin neft şirkəti ADNOC aprel ayından etibarən gündəlik neft hasilatını 1 milyon barel, istehsal gücünü isə 5 milyon barel/günə qədər artıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Ali Neft Şurası tərəfindən təsdiqlənmiş strategiyamıza uyğun olaraq, aprel ayında bazara sutkada 4 milyon bareldən çox neft çıxarmaq niyyətindəyik. Üstəlik, istehsal gücümüzü hazırkı 3 milyon barel/gündən 5 milyona qədər artıracağıq”, - şirkətin açıqlamasında bildirilir. 

Digər xəbərlər