Bakıda 7 ayda inşaat işlərinin 91 %-ni özəl tikinti müəssisələri icra edib

Bu ilin yanvar-iyul aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 91 %-ini qeyri-dövlət tikinti müəssisələri icra edib.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, 7 ay ərzində paytaxtın tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 82,5 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 5,6 %-ni əsaslı təmir, 7,1 %-ni cari təmir, 4,8 %-ni isə sair tikinti işləri təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 114,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,8 % çox vəsait yönəldilib.

Digər xəbərlər