Martın 3-ü “Azerneftkimyaquraşdırma” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncağın gündəliyinə şirkətin təşkilati-hüquqi formasının dəyişdirilməsi və dəyişiklikdən sonra yeni nizamnamənin təsdiqi məsələləri daxildir.
Xatırladaq ki, “Azerneftkimyaquraşdırma” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 123 min manat, qanuni təmsilçisi isə Pərviz Bayram oğlu Osmanovdur.