“Azəristiliktəchizat”: “Şuşada yığım səviyyəsi 100 %-dir"

Şuşa şəhərində istilik xidmətinə görə yığım səviyyəsi 100 %-dir.

Bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Şuşada elektrik enerjisi ilə işləyən 7 qazanxana tikmişik və onlar hazırda istismar olunur. Burada abonentlərimiz əsasən qeyri-əhali qrupuna daxil olan müştərilərdir. Onlarda da yığım tamdır”, - deyə o qeyd edib.

Hazırda ölkə üzrə yığım səviyyəsi 88-90 %, məcburi köçkün şəhərcikləri üzrə isə 45 %-dir.

“İşğaldan azad edilmiş ərazilər “Yaşıl enerji” zonası elan edilib. Həmin ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı var. Proqram çərçivəsində biz optimal istilik təchizatı sistemlərinin yaradılması ilə bağlı təkliflər verməliyik. Hazırda Prezidentin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəlikləri ilə sıx işləyirik", - deyə İ.Mirzəliyev əlavə edib.

Digər xəbərlər