2022-2023-cü illər üzrə payız-qış mövsümü ərzində "Azəristiliktəchizat" ASC-nin "Çağrı Mərkəzi" vasitəsilə 12 400 vətəndaş müraciəti qəbul edilib.
"Report" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər üzrə payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.
"Bunlardan 8 502-si istilik və isti su təchizatı xidmətləri, 1 499-u borcla əlaqədar, 2 399-u isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb", - ASC-nin rəhbəri bildirib.
İ.Mirzəliyevin sözlərinə görə, "Azəristiliktəchizat" ASC Prezidentin 2020-ci il 27 fevral tarixli 185 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 9.4-cü bəndi əsasında yaradılan Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiya edilib: "Qurumun Kommunal Xidmətlər ilə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiyası istilik təchizatı sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır".
"Azəristiliktəchizat"a vətəndaş müraciətlərinin 12 %-i borcla əlaqədar olub
Digər xəbərlər
Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
18 noyabr, 2026 / 10:51
Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - Yenilənib
18 noyabr, 2026 / 09:52
Azərbaycan nefti cüzi bahalaşıb
18 noyabr, 2026 / 09:33
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
18 noyabr, 2026 / 05:16
SOCAR PETROLEUM və KFC Azerbaijan YDM-lərdə restoran şəbəkəsini genişləndirir
17 noyabr, 2026 / 11:54
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
17 noyabr, 2026 / 09:24
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
17 noyabr, 2026 / 00:56
Macarıstan parlamenti ABŞ ilə atom enerjisi sahəsində sazişi təsdiqləyib
16 noyabr, 2026 / 20:31
Sadiq Qurbanov: Dövlət məktəblərində və bağçalarında alternativ enerjidən istifadə məcburi olsun
16 noyabr, 2026 / 15:59
SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib
16 noyabr, 2026 / 14:51
2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək
16 noyabr, 2026 / 14:02
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
16 noyabr, 2026 / 11:33
STAR NEZ Türkiyədə sentyabrda 25 min tondan çox LPG istehsal edib
15 noyabr, 2026 / 07:50
SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb
14 noyabr, 2026 / 18:10
SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb
14 noyabr, 2026 / 17:19
STAR NEZ Türkiyədə neft koksu istehsalını 23 %-ə yaxın artırıb
14 noyabr, 2026 / 16:10
STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb
14 noyabr, 2026 / 16:00
Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
14 noyabr, 2026 / 14:20
Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
14 noyabr, 2026 / 13:21