"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kV/s enerji sərf edilir”

Azərbaycanda istilik təchizatı üçün ildə 28 milyard kV/s elektrik enerjisi sərf olunur.

“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Bu o deməkdir ki, 1 kv.metr sahənin qızdırılması üçün 140-150 kV/s enerji sərf edilir. Bu göstərici Avropanın ən aşağı səviyyəli ölkələrində belə təxminən 70 kVs-dır. Bu isə onu göstərir ki, Azərbaycanda istilik məqsədilə enerji sərfiyyatı Avropa göstəricilərindən təxminən iki dəfə çoxdur və bu da enerji effektivliyi baxımından ciddi problemlərə səbəb olur. İstifadə olunan enerji həcmi maliyyə baxımından da böyük vəsait itkisinə səbəb olur”, - deyə sədr əvəzi qeyd edib.  

Xəbər lenti