“Azərişıq” süni intellektin tətbiqi imkanlarını araşdırır

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparılır.

“Report”un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Araz Məmmədzadə bildirib.

"Biz artıq rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi istiqamətində müəyyən mənada süni intellekt komponentlərindən istifadə edirik. Amma bu, hələ ki tədqiqat səviyyəsindədir. Bu, konkret layihə səviyyəsində çatdıqda bu barədə ictimaiyyətə məlumat veriləcək", - o vurğulayıb.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20