"Azərişıq" 6 milyon manatlıq kabel çəkəcək

"Azərişıq" ASC Bakının Binəqədi rayonundakı 220/110 kV-luq "Böyükşor" yarımstansiyasından Nərimanov rayonundakı 110/35/6 kV-luq 203 saylı yarımstansiyaya 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İTES Company" QSC-dir.

Qalib şirkətə 5,686 milyon manat ödəniləcək.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20