"Azərişıq" 3 milyon manatlıq avtomexanizm alır

"Azərişıq" ASC müxtəlif növ ağır avtomexanizimlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Original Motors" MMC-dir.

Qalib şirkətə 2,952 milyon manat ödəniləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40