Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi sayğac göstəricilərinin oxunmasını başa çatdırıb.
"Report"un əldə etdiyi məlumata görə, limitlə bağlı sayğac şəkillərinin qəbulu dayandırılıb.
"Limitlər yenilənib. Bildirişlər təqdim olunacaq", - deyə qurumdakı mənbə bildirib.