"Azəriqaz": Bir gün ərzində şəbəkəyə verilən qazın həcmi 1 mln. kubmetr artırılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin "mavi yanacaq"la təminatının yaxşılaşdırılması məqsədi ilə gündəlik tələbata uyğun olaraq istehlakçılara verilən qazın həcmi artırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Report”un sorğusuna cavabda bildirilib.

“Təkcə iki günün istehlak həcminə baxsaq görəririk ki, oktyabrın 1-də ölkə üzrə 9,792 mln. kubmetr qaz istehlak olunubsa, ayın 2-də bu rəqəm 10,711 mln. kubmetrə çatdırılıb. Yəni, bir gün ərzində şəbəkəyə verilən təbii qazın həcmi 1 mln. kubmetr (+9,4%) artırılıb”, - İB-dən qeyd olunub. 

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34