“Azəriqaz” 8 yaşayış məntəqəsinə təbii qaz verib

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 108,2 km yeni qaz kəməri quraşdırılıb.

“Report” İB-yə istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 43,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Daşkəsən, Beyləqan, Göyçay, Masallı, Sabirabad və Salyan rayonları üzrə 8 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17