"Azərenerji"nin ixracı 29 %-dək azalıb

Bu ilin yanvar-fevral aylarında "Azərenerji" ASC 288,2 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin dəyəri 16 milyon 061,08 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,66 % və 0,15 % azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,27 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,48 % paya malik olub.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20
Azərbaycan nefti ucuzlaşıb 27 yanvar, 2026 / 09:53