2021-ci ildə "Azərenerji" ASC 1 555,4 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 69,3 milyon ABŞ dolları təşkil edib.
Bunlar isə 2020-ci illə müqayisədə müvafiq olaraq 17,5 % və 15,8 % çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracından gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,3 %-ni, qeyri-neft sektoru üzrə ixrac gəlirlərinin isə 2,6 %-ni təşkil edib.