“Azərenerji” ixrac gəlirlərini 9 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında “Azərenerji” ASC 329,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 294 milyon ABŞ dolları və yaxud 9,2 dəfə çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracının dəyəri 26,5 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 10,6 % çox - 2,4 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10