"Azərenerji" ixrac gəlirlərini 9 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında "Azərenerji" ASC 2 milyard 802 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 313,68 milyon ABŞ dolları təşkil edib.

Bunlar, 2022-ci ilin 4 ayının göstəriciləri lə müqayisədə müvafiq olaraq 4,8 dəfə və 9,4 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 2,49 %, qeyri-neft sektoru üzrə ixracında isə 26,42 % paya malik olub.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06