Bu ilin yanvar-noyabr aylarında “AzərEnerji” ASC üzrə 22 milyard 908,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin 11 ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 986,8 milyon kVt/saat və ya 4,1 % azdır.
“AzərEnerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 20 milyard 314,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 2 milyard 593,4 milyon kVt/saatı Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb.
Bu da 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə müvafiq olaraq 2 milyon 048,6 min kVt/saat (9,2 %) az və 1 milyard 061,8 milyon kVt/saat (69,3 %) çoxdur.
Bu ilin 11 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 454,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 10,5 milyon kVt/saat və ya 2,36 % çoxdur.
Energetika Xidməti üzrə İES-lərdə 227,7 milyon kVt/saat (- 22,9 %), SES-lərdə 169,5 milyon kVt/saat (+ 86,5 %), Günəş Elektrik Stansiyalarında (GES) 57,5 milyon kVt/saat (- 0,52 %) elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 36,8 milyon kVt/saat (- 8,2 %), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 532,9 milyon kVt/saat (+20,1 %) elektrik enerjisi istehsal edilib.