Bakı. 6 mart. REPORT.AZ/ “Azərenerji” ASC bu ilin fevral ayında 1,945 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
“Azərenerji”dən “Report”a verilən məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 24,2 mln. KVt/saat və yaxud 1,25% çoxdur.
Belə ki, 1 il bundan əvvəl dövlət şirkəti 1,921 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
Ötən ay ölkədə istehsal edilmiş elektrik enerjisinin 159,34 mln. kVt/saat ixrac olunub.