Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 min 771,87 ton “Aİ-92” markalı avtomobil benzini idxal edib.
"Report" Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu dövrdə idxal olunan benzinin dəyəri 7 milyon 15,94 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında “Aİ-92” markalı benzin idxal edilməyib.
2024-cü ilin ilk iki ayında idxalın bütün həcmi Rusiyadan tədarük edilib.
Xatırladaq ki, Azərbaycanda “A-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.