Azərbaycanın qaz ixracından gəliri 35% artıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 5,649 mlrd. kubmetr təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 1 001,705 mln. dollar təşkil edib.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,06% olub.

Bu ilin yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 13%, dəyəri isə 35% artıqdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31