Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaradağ” yatağındakı 483 nömrəli quyuda qazma işləri başa çatdırılıb.
“Report” SOCAR-a istinadən bildirir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən VIIA horizonta qazılmış quyudan yaz-yay mövsümündə qazvurma məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, 483 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.