Azərbaycanın Hindistana neft koksu ixracının dəyəri 3,4 dəfə artıb

2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan 5,84 milyon ABŞ dolları dəyərində 30 min 855 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51,6 % artıb, kəmiyyət olaraq – 48,7 % azalıb.

Hesabat dövründə Hindistana 4,9 milyon ABŞ dolları dəyərində 25 min 138 ton, Rusiyaya 509,17 min ABŞ dolları dəyərində 3 min 485 ton, Ukraynaya 424,21 min ABŞ dolları dəyərində 2 min 233 ton məhsul satıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Hindistana tədarük müvafiq olaraq 3,4 dəfə və 4,2 % artıb, Rusiyaya – 3 dəfə və 7,3 dəfə azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynaya neft koksu satmayıb.

Digər xəbərlər