Zərdab və Gədəbəyin kəndlərində qaz təchizatı dayandırılıb

Gədəbəy rayonunun Novoivanovka kəndində orta təzyiqli daşıyıcı qaz xəttinin sazlama işləri ilə bağlı olaraq bu gün saat 10:00-dan bir qrup abonentin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bundan başqa, Zərdab-Pirəzə istiqamətindəki qaz kəmərində qaz sızmalarının aradan qaldırılması üçün saat 10:15-dən etibarən Zərdab rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31