Azərbaycanın əmtəəlik qaz hasilatı 17,5 % artıb

Bu ilin yanvar-iyun aylarında 23 milyard 416,1 milyon kubmetr təbii qaz da hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 17 milyard 619,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 15 %, əmtəəlik qaz hasilatı isə 17,5 % artıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 16 milyon 474,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 16 milyon 424,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 4,1 %, əmtəəlik neftin həcmləri isə 4,2 % azdır.

Digər xəbərlər