Bu ilin yanvar-iyun aylarında Azərbaycan 554 milyon 708,35 min ABŞ dolları dəyərində 981 min 380,23 ton neft idxal edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyun aylarında neft idxalı kəmiyyət ifadəsində 13,7 %, dəyər ifadəsində isə 12,4 % azalıb.
İdxal strukturunda tədarükün böyük hissəsi Rusiyanın payına düşüb ki, bu ölkədən hesabat dövründə 855 min 232,37 ton neft (40,1 % çox) 477 milyon 553,79 min ABŞ dolları (44 % çox) məbləğində idxal edilib.
Hesabat dövründə Azərbaycan neftin qalan həcmini Qazaxıstandan 22 milyon 828,7 min ABŞ dollarına 34 min 593,12 ton, Türkmənistandan isə 54 milyon 325,86 min ABŞ dollarına 91 min 554,75 ton idxal edib.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dollarına (2,4 dəfə çox) 1 milyon 917 min 793,68 ton (2022-ci illə müqayisədə 2,9 dəfə çox) neft idxal edib.
Bununla yanaşı, 2023-cü ildə Rusiyadan neft idxalı 729 milyon 263,74 min (5,5 dəfə çox) ABŞ dollarına 1 milyon 303 min 999,1 ton (6,6 dəfə çox) təşkil edib.