Ötən ilin ilk 10 ayında Azərbaycandan xaricə 33,31 milyon ABŞ dolları dəyərində 62 min 027,11 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2020-ci ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 30,4 %, kəmiyyət olaraq – 32,13 % azalıb. Azərbaycan aviasiya yanacağını ümumilikdə 50 olkəyə satıb. İki il 6 aylıq aradan sonra Sudana, iki il 3 aylıq fasilənin ardından Yunanıstana tədarük bərpa edilib.
2021-ci ilin yanvar-oktyabr aylarında aviasiya yanacağı ixrac etdiyimiz əsas ölkələr – TOP-10:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Lüksemburq | 35215,88 | 44,12 % | 17160,67 | 27,93 % |
| Gürcüstan | 11975,42 | 1774 dəfə | 6516,7 | 1288 dəfə |
| Ukrayna | 7483,03 | 2,1 dəfə | 4023,33 | 50,63 % |
| Türkiyə | 2437,51 | 5,45 % | 1824,9 | -0,33 % |
| Rusiya | 1610,35 | -50,96 % | 1215,1 | -52,22 % |
| Almaniya | 907,45 | -54,96 % | 684,07 | -56,11 % |
| Belarus | 400,65 | -17,84 | 300,86 | -22,3 % |
| ABŞ | 272,47 | 25,03 % | 211,8 | 40,1 % |
| Britaniya | 221,46 | 6,6 dəfə | 177,16 | 6,6 dəfə |
| Rumıniya | 229,4 | 6,6 % | 172,19 | 17,1 % |
Hesabat dövründə Azərbaycan 4,03 milyon ABŞ dolları dəyərində 4 min 594,92 ton aviasiya yanacağı idxal edib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 3 min 659 dəfə və 65 min 641 dəfə çoxdur. Azərbaycana bu növ yanacaq ABŞ, Almaniya, Türkiyə və Türkmənistandan tədarük olunub.