Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 168 milyon 590,44 min ABŞ dolları dəyərində 882 min 564,1 ton həcmində təbii qaz tədarük edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, qaz idxalının həcmində illik müqayisədə 45 % artım qeydə alınıb.
Hesabat dövründə qonşu ölkə Azərbaycandan ümumi dəyəri 43 milyon 526,14 min ABŞ dolları olan 52 min 795,42 ton neft və neft yağları da idxal edib ki, bu da ötən ilin eyni göstəricisindən 9,12 % azdır.