Bu ilin yanvar-iyun aylarında Azərbaycanda səmt qazının hasilatı 7 milyard 444,22 milyon kubmetr təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.
Bu həcmin 1 milyard 829,45 milyon kubmetri (4,1 % az) əmtəəlik qazın payına düşüb.
Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı 29,7 %, təşkil edib. Həcmin qalan hissəsi - 17 milyard 635,34 milyon kubmetr və ya 70,3 % təbii qazın (6,5 % çox) payına düşüb.
Ötən il Azərbaycanda səmt qazının hasilatı 15 milyard 85,96 milyon kubmetr (2022-ci ilin göstəricisi ilə müqayisədə 2,2 % az) təşkil edib. Bununla yanaşı, 3 milyard 565,2 milyon kubmetr (15,7 % az) əmtəəlik qazın payına düşüb.