Bu ilin I rübündə Azərbaycanda təbii qaz istehlakı 4,8 milyard kubmetr təşkil edib.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2022-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərin barədə açıqlamasında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.
"Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3 %-ə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib", - deyə şirkət bəyan edib.