Bu ilin yanvar-mart aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çox - 6 772,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 6 772,8 milyon kVt/saatı əmtəəlik olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 3 aylıq istehsalın 6 287,5 milyon kVt/saatı istilik elektrik stansiyalarının, 244 milyon kVt/saatı su elektrik stansiyalarının, 12,2 milyon kVt/saatı külək elektrik stansiyalarının, 12,3 milyon kVt/saatı isə günəş elektrik stansiyalarının payına düşüb. Bunlar 1 il əvvələ nisbətən müvafiq olaraq 4,1% çox, 7,2% çox, 57,3% çox və 41,4% çoxdur.