Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard 005,6 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 6 milyard 309,6 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 2,9 % az, əmtəəlik qaz hasilatı isə 0,1 % artıb.
Ötən iki ay ərzində Azərbaycanda 4 milyon 478,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 4 milyon 467,6 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin yanvar-fevral ayının göstəriciləri ilə müqayisədə 6,2 % azdır.