Bu ilin birinci rübündə Azərbaycanda 12 milyard 573 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 9 milyard 682 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,4 %, əmtəəlik qaz hasilatı isə 5,4 % artıb.
Ötən rüb Azərbaycanda 7 milyon 261,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 7 milyon 244,4 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk rübü ilə müqayisədə 6 % (əmtəəlik neftin həcmləri isə 6 %) azalıb.