Azərbaycanda gəmilər üçün mühərrik yanacağının istehsalında "yaşıl hidrogen"dən istifadə olunacaq

Azərbaycanda gəmilər üçün mühərrik yanacağının istehsalında "yaşıl hidrogen"dən istifadə olunacaq.

"Report"un məlumatına görə, bunu "Azerbaijan Maritime Engineering and Construction" (AMEC) şirkətinin təsisçisi Rəşad Şəkərov bu gün Bakıda keçirilən "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda "Caspian Energy MeetUp"da çıxışı zamanı bildirib.

"Hazırda bu istiqamətdə pilot layihə həyata keçirilir, gəmiçilik şirkətlərindən biri ilə danışıqlar aparılır", - deyə o qeyd edib.

R.Şəkərovun sözlərinə görə, gəmilərdən atılan tullantıların azaldılması xüsusi diqqətdə saxlanılmalıdır: "Çünki bir gəmidən ətraf mühitə atılan tullantılar 1 milyon avtomobildən atılan tullantılara bərabərdir. Bu cür halların azaldılması ilə bağlı şirkətlərlə mütəmadi görüşlər keçiririk. Atılan bu addımlar AMEC-in "Yaşıl dünya naminə həmrəylik ili"nə bir töhfəsi olacaq".

Digər xəbərlər