Azərbaycanda etilen və polietilen istehsalı azalıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 14,4 min ton həcmində propilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ay ərzində Azərbaycanda 15,2 min ton həcmində polietilen, 14,6 min ton həcmində etilen istehsal edilib.

Ölkədə propilen istehsalı 2022-ci ilin yanvar ayı ilə müqayisədə eyni qalıb.

Hesabat dövründə ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 6,4 % və 5 % azalıb.

Digər xəbərlər