Azərbaycanda etilen, propilen və polietilen istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 42,9 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədə etilen istehsalı 2023-cü ilin ilk rübü ilə müqayisədə 9,3 % azalıb.

Hesabat dövründə Azərbaycanda 41,1 min ton həcmində polietilen, 40,5 min ton propilen istehsal edilib. İl ərzində polietilen və propilen istehsalı müvafiq olaraq 13,3 % və 6,7 % azalıb.

Digər xəbərlər