Azərbaycanda etilen istehsalı 34 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 114,7 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən 8 ay ərzində Azərbaycanda 112,7 min ton həcmində polietilen, 103,8 min ton həcmində propilen istehsal edilib.

Ölkədə etilen istehsalı 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 34 % artıb.

Hesabat dövründə Azərbaycanda polietilen və propilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 33,1 % və 28,6 % artıb.

Digər xəbərlər