Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 126,9 min ton etilen istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, 9 ay ərzində Azərbaycanda 124,9 min ton polietilen, 115,6 min ton propilen istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə etilen istehsalı 30,2 %, polietilen və propilen istehsalı isə müvafiq olaraq 32,2 % və 24,8 % artıb.